| |
 | Qoç [21 mart - 20 aprel]
İnsanların rəngdən-rəngə, cilddən-cildə düşməyi sizi haldan çıxarır. Yaxın yoldaşlarınızın, köhnə dostlarınızdan bəzilərinin də sizinlə oyun oynamasına dözə bilməyib ciddi münaqişə vəziyyəti yaradacaqsınız. |
 | Buğa [21 aprel - 20 may]
Hər şeyi yenidən başlamaq istəyirsiniz. Buna kifayət qədər gücünüz də var. Uğursuzluqlar sizin üçün dərs olmalıdır. İndi yeni imkan gözləyirsiniz ki, bilik və təcrübənizi konkret işə yönəldəsiniz. |
| |
 | Əkizlər [21 may - 21 iyun]
Enerjiniz günbəgün yox, saatbasaat artır. Özünüzdə tükənməz güc hiss edirsiniz. Elə düşünürsünüz ki, qarşınızda düran bütün məsələləri birnəfəsə həll edə bilərsiniz. |
| |
 | Xərçəng [22 iyun - 22 iyul]
Münasibətləri gözəl tənzimləyəcəksiniz. Sizə müraciətlər olacaq. Hamı öz problemilə bağlı sizdən yardım istəyəcək. İmkanınız daxilində adamlara xoş gələ biləcək mövqedə olun. |
| |
 | Şir [23 iyul - 23 avqust]
İşdə ciddi əngəllər, bədxahların əməlləri sizin nəzərdə tutduğunuz işlərə əməlli-başlı maneə ola bilər. Səhv buraxmamağa çalışın. Sevgi münasibətlərində inkişaf gözlənilir. |
| |
 | Qız [24 avqust - 23 sentyabr]
Birgə fəaliyyət məsləhət deyil. Müştərək layihələrdə iştirakınız yaxşıdır, amma öz işinizi də qurmağı planlaşdırın. Düşüncə ilə hər şeyi düzgün götür-qoy edin, risqlərə yol verməyin. Hesablamalarınızda dəqiq olun. |
| |
 | Tərəzi [24 sentyabr - 23 oktyabr]
Dəyişiklik tələb edən vaxtdır. Köhnə üsulla tənzimlədiyiniz işləriniz bir-birinə bənzəyir. Bundan həm özünüz yorulursunuz, həm də başqalarını razı sala bilmirsiniz. Yeni enerji ilə işə girişin. Gözgörəsi dəyişikliklər baş verəcək. |
| |
 | Əqrəb [24 oktyabr - 22 noyabr]
Baş verən hadisələri ağrılı yaşamayın, hər hadisəyə bu qədər həssaslıq sərf etməyin. Əgər sizə əsl səmimiliklə yaxınlaşıb, dərdinizi bölüşmək istəyirlərsə, söhbətdən qaçmayın. Bu söhbətin müsbət təsirini özünüz də hiss edəcəksiniz. |
| |
 | Oxatan [23 noyabr - 21 dekabr]
Adamlara qarşı şəfqətli olun. İmkanınız daxilində əliaçıqlıq göstərin. Yaxın hesab etdiyiniz adamlara yardım edəcəksiniz. Buna baxmayaraq, özünüz kredit götürəcəksiniz. Sponsora da böyük ehtiyacınız var. |
| |
 | Oğlaq [22 dekabr - 20 yanvar]
Maliyyə vəziyyətinizi düzəltmək üçün yaxşı fürsətdir. Sizin cəldliyiniz, hər hansı vəziyyətdən ayıqlıqla çıxmaq qabiliyyətiniz köməyiniz olacaq. |
| |
 | Dolça [21 yanvar - 20 fevral]
Ayıq gözlə ətrafınıza baxın. Aldanmamağa çalışın. Reallığı heç vaxt nəzərdən qaçırmayın. Təzə işə başlamaq istədikdə ancaq faktlara söykənin. "Mənə elə gəlir ki..." sözlərindən qaçın, sizə çox məsələ "elə gələ bilər". |
|
 | Balıqlar [21 fevral - 20 mart]
Hamı ilə sülh və barış mövqeyində olacaqsınız. Bəyənmədiyiniz vəziyyətləri görməyi də bacarmalısınız. Sizi sevməyi isbat etməyə ehtiyac qalmayacaq. Hər şey göz önündədir. Münasibətlərinizi daha da səmimiləşdirin. Uşaqlarla ünsiyyətlərdən sevinəcəksiniz. |